"Yeniyetmə qızların tez ərə verilməsi stastikasını bölgəyə uyğun aparmaq daha düzgün olar. Eyni zamanda da, bu məsələ o cəmiyyətin, mühitin düşüncəsinə bağlıdır. Hesab edirəm ki, belə düşüncədə olan insanları tənqid, yaxud da təhqir etmək düzgün deyil".
Bu fikirləri Faktmedia.az-a psixoloq Fərqanə Mehmanqızı qızların tez ərə verilməsi məsələsindən danışan zaman deyib.
Psixoloq əlavə edib.
"Sadəcə maarifləndirmə işləri aparmaq, bunun düzgün olmadığını göstərmək və düzgün olmadığına inandırmaq lazımdır. Bəzi bölgələrdə illərə, zamana dayanan bir vərdiş, inanc, belə bir fikir var ki, qızın 16 yaşda ailə qurması normaldır. Belə düşüncədə olan cəmiyyət var. Hər hansı bölgədə yaşayan insanlar var ki, bu düşüncədədirlər və onlar üçün bu normaldır. Bu illərə dayanan bir adət, inancdır və bunu birdən- birə, maarifləndirmədən qadağalar qoymaq düzgün deyil. Bunun üçün qeyd etdiyim kimi, qanunlardan əlavə hərtərəfli maarifləndirmə işləri aparılmalıdır. Bu məsələ ilə bağlı Qadın və Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinə müraciət etmək lazımdır. Onlar bu işin məsuliyyətini daşıyırlar və daha düzgün strategiya qurub bu problemin düzgün həlli yollarını tapa bilərlər".
Rəna Həsənova