"Deməzdim ki, DSMF hər zaman xətalara yol verir. Təbii ki, hər kəsin işində xətalar ola bilər".
Bunu Faktmedia.az-a maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Ekspert əlavə edib ki, məhkəmə təcrübəsi göstərir ki, əksər hallarda sadəcə vətəndaşlar özləri pensiyalarını düzgün hesablamır, daha çox pensiya məbləği istəyirlər:
"Buna görə də DSMF ilə aralarında mübahisə yaranır. DSMF - nin pensiyaları düzgün hesablamadığı məhkəmələrdə təsdiqlənmir. Lakin bəzi hallarda DSMF -nin işində də xəta baş verməsi faktları olur. Təbii ki, insan faktorudur, ola bilər. Belə hallar vergi orqanlarında da, yaxud digər təşkilatlarda da baş verir, lakin belə hallar çox az olur".
Rəna Həsənova