Ağil dişlər sağlam olsa belə çıxarılmalıdır.
Stomatoloq Bella Musixina araşdırmaları əsasında bu qənaətə gəlib.
“Birincisi, əksər hallarda bu dişlər yer çatışmazlığı səbəbindən diş ətindən düzgün çıxa bilmirlər. Buna görə də, diş çıxaran zaman onlar narahatlıq yaradır və digər dişlərə də mənfi təsir göstərirlər. Belə hallarda, onlar mütləq aradan qaldırılmalıdır”,- deyə mütəxəssis bildirib.
Həkimin sözlərinə görə ağıl dişlərinin çıxarılması üçün bir göstərici də kariyesdir. Dişin çox hissəsinə təsir etdikdə uzun müddət bərpa etmək mümkün olmur. Bu səbəbdən dişin çıxarılması daha çox zədələnmənin və ya infeksiyanın qarşısını alacaq.
Ekspert deyir ki, digər dişlərin çıxarılması qərarı onları zədələnmədən xilas etmədikdə verilir.
Rəna Həsənova