Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.
“Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm”, - R. İsmayılova videomüraciətində bildirib.
15:10
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
Faktmedia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.