Xəzər TV-də yayımlanan "Səhər mərkəzi" proqramının qonağı olan müğənni Aysun İsmayılova Sevil və Sevinc bacıları ilə arasındakı soyuqluğundan söz açıb:
"Onlarla bəzən rastlaşıram, nə onlar nə mən salam vermirik. Keçən dəfə Moskvada toyda rastlaşdıq, bir kəlmə belə salamlaşmadıq. Təkcə onlar yox, ümumiyyətlə mənə qarşı saymamazlıq edənlərə qarşı məndə elə oluram. Necə deyərlər sayanın quluyam, saymayanın ağası".
A. İsmayılova son olaraq səbəbini açıqlamasa da, bacılar ilə arasında bəzi narazılıqların olduğunu dilə gətirib.
Sevinc Hüseynova