Müğənni Elza Seyidcahan Xəzər TV-də yayımlanan "Səhərin Mərkəzi" verlişinin qonağı olub.
Faktmedia.az xəbər verir ki, müğənni proramda 4 saat davam edən konsertindən söz açaraq qeyd edib:
"O konsertdə insanları 4 saata qədər gözlətdiyim üçün xəcalət çəkirdim, amma onlar çox diqqətlə və maraqla məni dinləyirdilər. Məni dinləyən insan 10 il cavanlaşır. Təkcə Azərbaycanın müxtəlif bölgələrindən yox, eyni zamanda Qırğızıstan kimi ölkədən gələn fanatlarım orda yer alırdı. Onlar üçün daha bir maraqlı kosert verməyə hazırlaşıram".
Qeyd edək ki, Elza Seyidcahan Azərbaycan Bəstəkarlar İttifaqı ilə yanaşı həm də, Qırğızıstan Bəstəkarlar İttifaqının üzvüdür.
Sevinc Hüseynova