May ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayda ölkə ərazisində havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq.
Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim nomrasına yaxın olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-21 mm).