Vəkil Şəfiqə Nağıyeva müğənnilər tənqid edib.
Faktmedia.az xəbər verir ki, o, qonağı olduğu Tarix Əliyevin "Ümüdlə Gəl" proqramında bu sözləri deyib:
"Bir çox müğənnilərimiz var ki, sənətdən çox dəbdəbəli evləri, bahalı maşınları ilə gündəmdədir. Əsl sənətkar sənəti ilə gündəmdə olmalıdır, pulla, qalmaqalla yox. Onların var dövlətini görüb, onlar kimi olma istəyən bir çox gənc ailələr dağılır, uşaqlar yetim qalır. Heç kəs öz burda əmlakını reklam eləməsin".
Qeyd edək ki, vəkil bu sözləri eyni zamanda proqramda qonaq olan müğənni Şəbnəm Tovuzlunun ifasından sonra dilə gətirib.
O, bu sözləri təkcə Şəbnəmə yox, digər müğənnilərə də aid olduğunu qeyd edib.
Sevinc Hüseynova