Böyrəklərin vəziyyətinə nəzarət etmək olduqca vacibdir, çünki onların vəziyyətində pisləşmə uzun müddət hiss olunmaya bilər.
Rusiyalı nefroloq Valeria Gerdiy böyrəklərə zərərli təsir göstərə bilən ümumi vərdişlər barədə araşdırma aparıb.
Həkimin sözlərinə görə bunlardan biri, bədənin hipotermiyasına səbəb olan, hava şəraitinə uyğun olmayan seçilən geyim tərzidir.
Böyrəklər üçün başqa bir pis vərdiş sağlam qidalanmaya etinasızlıqdır. Bura qızardılmış, konservləşdirilmiş, işlənmiş qidaların daimi istehlakı, həmçinin soda içmək, alkoqoldan istifadə daxildir.
Həkimin sözlərinə görə, böyrəklərin sağlamlığını qorumaq üçün tərəvəz və meyvələr yemək, qida rasionunda duz, şəkər və konservantların miqdarına nəzarət etmək, kifayət qədər təmiz su içmək vacibdir.
Həkim dərmanları nəzarətsiz qəbul etmək vərdişinə də diqqət çəkib. O, vurğulayıb ki, dərmanların reseptsiz qəbulu qaraciyər və böyrəklərdə əlavə yük yaradır. Dərmanlar yalnız həkim məsləhəti ilə istifadə edilməlidir.