"Son vaxtlar uşaqlarda və böyüklərdə xəstəliklərin çoxalması ilə bağlı olaraq hərarət salıcıların tapılmasında çətinlik yaşanır".
Bunu Faktmedia.az-a pediatr-infeksionist Aytən Ziyadova deyib. O bildirib ki, buna səbəb kimi Rusiya-Ukrayna müharibəsini misal gətirirlər:
"Çünki dərman istehsalının çox hissəsi ora ilə bağlıdır. Bundan başqa, həmçinin, dərman eyni firma adı ilə molekul olaraq qeyd edilməsi göstərilir. Biz həkimlər reseptlərimizə molekul olaraq qeyd edirik. Həm də əczaçılarln mollekullara diqqət yetirməsi çox vacibdir. Yəni firma adı ilə deyil, məhz molekul dərmanları kimi əvəzedici olaraq təqdim etmək olar. Bəzən bu sahədən məlumatı olmayan insanlarda narahatlıqlar yaşadır. İnsanlar dərman alarkən adına yox, məhz oalekullara diqqət yetrilməlidirlər".
Havar Şəfiyeva