Gənclər məşqə başlayan kimi, tez bir zamanda çəkisi, əzələ kütləsi artsın deyə müxtəlif tərkibli dərman və qidalardan istifadə edirlər. Bəzən mətbuatda belə qidalardan ölüm hallarının olduğuna da rast gəlirik.
Mövzunu Faktmedia.az-a şərh edən həkim ekspert Mərdan Əliyev deyib ki, mən bu barədə çox araşdırmalar etmişəm, idmançıların istifadə etdiyi qidalar əsasən proteinlər, karbohidratlar, amin turşularıdır:
"Qeyner" deyilən bir qida da var ki, onun da tərkibində proteinlə yanaşı karbohidrat da var. Bunlar əsasən əzələ kütlasi yığmaq üçün istifadə olunan qidalardır. Bu qidaların təbii və sintetik olanları var. Bir qədər baha qiymətə olanlar təbii şəkildə hazırlanır (ən azından firmaların özlərinin bildirdiklərinə görə). Amin turşularının tərkibində kreatin adlanan maddə var ki, bu da əzələ kütləsinin inkişafına səbəb olur. Bəzən idmançılar dərmanlardan ( anabolik steroidlər) istifadə edirlər. Həmin dərmanlar sağlamlıq üçün zərərlidir, hətta çox istifadəsi ağır xəstəliklərə gətirib çıxarır".
Həkim əlavə edib ki, idmançıların istifadə etdiyi qidalar əsasən çəkinin artmasına, piylənməyə səbəb olur:
"Lakin bu qidalardan tövsiyyə olunan miqdarda ,uzunmüddətli istifadə olunmazsa heç bir yan təsiri olmaz. Fasiləsiz, uzun müddətli bu qidalardan istifadə olunduqdq böyrəklərin yükünü artırır. İdmançılar belə qidalardan yalnız tövsiyə olunan miqdarda qəbul etsələr daha yaxşıdır".
Rəna Həsənova