İstər mövsümi olaraq, istərsə də digər dövrlərdə burxulma və çıxıqlara tez-tez rast gəlinir. Ən çox isə topuq, diz oynaqlarında belə hallara rast gəlinir".
Bunu Faktmedia.az-a travmotoloq-ortoped Tural Müseyibov deyib.
Həkim bildirib ki, topuq oynağında ön və arxa bağlarda burxulmalar yaranır:
"Bu da dartılma və ya tamamilə cırılmalarla müşahidə olunur. El arasında isə "sınıqçı", "çıxıqçı" anlayışları var. Ən çox onlara müraciət edirlər. Xəstənin müalicəsi lazımdır. Düzgün müayinə olunmazsa, sonrakı dövrlərdə aşıq sümüklərin oynaq qığırdağının zədələnməsinə gətirib çıxarır. Bu baş veribsə yüz faiz sağalma vədi də vermək olur. Diz oynağında baş verən burxulmalar da var. Xəstələr əsasən boşluğa düşmə kimi qeyd edirlər. Belə şikayətlərlə müraciət edirlərsə dizlərdə MRT və radioloji müayinələr tövsiyə edilir"
Həkim bel ağrıları zamanı apteklərdən kor-təbii alınan mazlara da münasibət bildirib.
"Bel ağrıları üçün mazlar, kremlər vurulur, bu isə düzgün yanaşma deyi. O mazlar nəticəsində oynaqlarda qıcıqlar da yarana bilir. Xəstəyə təyin olunan müalicələr ixtisaslı həkimlər tərəfindən aparılmalıdır", - travmatoloq bildirib.
Şahnun Qasımova