"TikTok"la bağlı vəziyyət həqiqətən də insanları həyəcanlandırır və təhlükəlidir. Çünki ən adi hadisələr belə baş verəndə bunu lağ obyektinə, izləyici yığmaq şansına çevririrlər. Hətta İranda bizim səfirliyimizə edilən terror hücumunu da "TikTok"da özü üçün alver məqsədinə çevirənlər var"
Bu fikirləri Faktmedia.az-a media üzrə ekspert Azər Həsrət deyib.
O bildirib ki, mənəvi dəyərlər bütünlüklə ayaq altındadır:
"Heç bir norma, heç bir qayda hədd tanınmır. Faktiki olaraq "TikTok"dan ümumiyyətlə milli mənəvi əxlaqi dəyərlərin aşınması üçün istifadə edirlər. Adamlar oradan pul qazanacaqları üçün həvəslənirlər. Bəzi işbazlar, dələduzlar, mənəvi əxlaqi dəyərləri aşağı olan adamlar oranı bir bazar kimi istifadə edirlər. Bir sosial medianın fəlsəfi məqsədlərindən kənara çıxırlar. Bu da çox təhlükəlidir, çünki adi küçə söyüşləri belə orada artıq adiləşib. Yəni bizim normalda, insanların içində işlədə bilməyəcəyimiz ifadələri orada canlı efirdən belə işlədirlər. Bunlara da hətta məktəb uşaqları belə baxır. Təbiidir ki, belə davranışlar, yanaşmalar görüntülər hamısı yoluxucudur. Pis mənada yoluxucudur. Yəni ona baxan, xüsusən də uşaqlar düşünür ki, belə davranmaq, belə geyinmək olarmış. Bu baxımdan düşünürəm ki, "TikTok" bağlı həqiqətən də həyəcan təbili çalmaq lazımdır".
Ekspert problemdən çıxış yolu kimi bildirib ki, onu kökündən ləğv etmək olmasa da, sadəcə olaraq müəyyən standartlar gətrilməlidir:
"Tutaq ki, əxlaqa zidd görüntülər, söyüşlər böhtanlar, şantajlar paylaşan hesabların ləğv edilməsi üçün dövlətin əlində səlahiyyət olmalıdır . O cür adamlara xüsusi xəbərdarlığın edilməsi də mənə elə gəlir ki, çıxış yollarından biri olar".
Havar Şəfiyeva