Hamiləlik müddəti elə bir zaman aralığıdır ki, qadınlar bu müddət ərzində bir çox kosmetoloji prasedurlara ara verməli olurlar. Xanımlar onları düşündürən “hansı prasedurları etmək olar, hansını yox?” sualına elə bu yazıda cavab tapacaqlar.
Mövzu ilə bağlı Faktmedia.az-a danışan həkim-kosmetoloq Səbinə Bayramova bildirib ki, hamilə xanımları ən çox maraqlandıran epilyasiya və saçların rənglənməsidir:
“Hamiləlikdə epilyasiya arzuolunan deyil. İlk 3 ay müddətində demək olar ki, heç bir nahiyəyə epilyasiya etmək olmaz. Çünki epilyasiya ultrabənövşəyi şüalardan ibarətdir. 3 aydan sonra isə qolaltı və bikini (intim) bölgəsi xaric digər nahiyələrə xanımların istəyinə uyğun olaraq epilyasiya etmək olar. Saç rənglənməsinə gəldikdə isə ammonyaksız boyalardan istifadə edərək saçlarını rəngləyə bilərlər. “Çiska” kimi prosedurlarda da heç bir kimyəvi maddə və şüa iştirak etmədiyi üçün hamilə xanımlara qadağan edilmir”.
Zeynəb Müzəffərli