Nədənsə son dövrlər qadınlar forma geyinən - hərbçi, polis və s.peşə sahiblərinə aşiq olur. Əsasən də seriallardakı polis, hərbçi qəhrəmanlar xanımların diqqətini çəkir. Sonra isə bu sevgini sosial şəbəkələrdə də dilə gətirirlər. Maraqlıdır, xanımlardakı bu hal nədən qaynaqlanır?
Mövzunu faktmedia.az-a şərh edən psixoloq Gülnar Orucova bildirib ki, xanımlar kimə aşiq olursa, onun mütləq səbəbi var:
"Bəzən aşiq olan xanıma sual verirsən, gələcək həyat yoldaşını necə təssəvvür edirsən? Hiss edirsən ki, onun düşüncəsində başqa adamın versiyası canlanıb. Bəzi xanımlar ən kiçik detallara qədər bunu əks etdirə bilir. Ümumiyyətlə, həyatımızda "ilk kişi" dediyimiz atamızın münasibəti gələcək həyat yoldaşımızı seçməkdə rol oynayır. Atandan diqqət, qayğı, sevgi görmüşüksə həyat yoldaşı seçmək də bizə bir istiqamət olur. Bəzən atadan sevgi görməyəndə, bu zaman daha çox xanımlar yaşlı kişləri seçirlər. Ata sevgisi görməyən qadın özündən böyük şəxslərə aşiq olur. Əsasən də cəmiyyətdə müəyyən nüfuz əldə etmiş, eləcə də forma geyinən şəxslərə - hərbçi, polisə aşiq olurlar. Bəzi qadınlar isə özgüvənli olur, düşünmür onları kimsə qorumalıdır. Bəzi qadınlarda isə əksi olur. Forma geyinən kişilər qadınların gözündə əzəmətli görünür".
Sevinc Hüseynova