Azərbaycanın rayonlarında sərt keçən hava bəzi çay və göllərdə buzlaşmaya səbəb olub. Ən böyük göllərdən biri olan Göygöldə də su donub. Mənfi 3 dərəcəyə qədər şaxta demək olar ki, göldə buz örtüyü yaradıb. Bəs böyük göllərin donması onun ekosisteminə necə təsir edir?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, həva şəraitinin dəyişməsi canlıların yaşam tərzinə təsir edir:
Təbiətdə canlılar mövsümə görə uyğunlaşır. Çöl ekosistemi həmişə təhlükəli olub. Anidən havanın sərt keçməsi və ya quraqlıqla müşahidə olunması heç şübhəsiz ki canlılara da təsir edir. Göl ekosistemləri çox da zəngin olmur. Canlılar özünü qorumaq üçün uyğunlaşırlar. Göllər donubsa, o demək deyil orada canlı qidalanmır. Su şəraitinə uyğunlaşan canlılar qış şəraitində hərəktsiz vəziyyətə gəlirlər. Bu da onların məhvinin qarşısını alır.
Zeynəb Müzəffərli