Hər 40 saniyədə dünyada kimsə özünə sui-qəsd edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il təxminən 800,000 insan intihar səbəbindən həyatını itirir. 15-29 yaşda olanların ölüm səbəbləri arasında yol qəzalarından sonra intihar ikinci yerdədir.
ÜST hesab edir ki, bu məsələ barədə kifayət qədər danışılmayıb.
İntihar hadisələri qurbanların uşaqları, valideynləri, həyat yoldaşları, dostları və ya həmkarlarını təsirləndirir.
ABŞ-da aparılmış araşdırmaya əsasən, hər bir intihar hadisəsi orta hesabla 135 nəfərədək insana təsir göstərə bilər.
Kentucky Universitetinin doktoru Julie Cerel-in sözlərinə görə, intihar edənlə qohumluq dərəcəsindən asılı olmayaraq, insan özünü intihar edənə nə qədər yaxın hiss edibsə, intihar hadisəsinin psixoloji təsiri ona da güclü olur. Lakin bu mövzuda danışmaq insanlar üçün bəzən çətin olur.
Qeyd edək ki, hər il sentyabrın 10-da Ümumdünya İntiharın Qarşısının Alınması Günü kimi qeyd olunur.
Sevinc Hüseynova