8 ay müddətinə hamilə olduğunu bilməyən qadın xəstəxanaya şiddətli ağrılarla gəldiyi zaman öyrənib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yaşayan Bri Blinton adlı qadın doğuş gününə qədər hamilə olduğunu bilməyib.
Qarın ağrısı səbəbilə xəstəxanaya müraciət edən qadına həkilmər doğuş diaqnozu qoyublar. Qadın və həyat yoldaşı həmin vaxt valideyn olacaqlarını öyrəniblər.
Xəstəxanaya çatdırılandan 2 saat sonra o, 2 saat ərzində körpəsini qucağına alıb.
Mediaya açıqlama verən Bri Blinton bu 8 ay müddətində ürəkbulanma, baş gicəllənmə kimi halların olmadığını bildirib.
Məlumata görə, qadın aktiv həyat tərzi keçirib, hətta bir müddət əvvəl paltar alarkən bədən ölçüsündə hər hansı dəyişiklik də müşahidə etməyib.
Sevinc Hüseynova