Fransada Paris-Strasburq sürət qatarında səyahət edən hamilə qadın uşaq dünyaya gətirib.
Faktmedia.az Fransa mətbuatında istinadən verdiyi xəbərə görə, sürət qatarının Paris-Strasburq ekspedisiyasında səyahət edən qadının dünən doğum sancıları başlayıb.
Doğuşun rahat şəkildə baş tutması üçün qatar Lotaringiya vağzalında 80 dəqiqə dayandırılıb.
Sürətli qatarda dünyaya göz açan körpə və ana daha sonra xəstəxanaya aparılıb. Onların hər ikisinin səhhətinin yaxşı olduğu və körpəyə Feliks adının qoyulduğu bildirilib.
Bəsti Məmməd