Tibbi zərurət olmadan abort etdirmək istəyən evli qadınlar öz həyat yoldaşlarından icazə almalıdırlar.
Faktmedia.az xəbər verir ki, bu barədə Rusiya qanunvericiliyində yeni qayda təklif edilib.
Təklifi Rusiyanın Ailə İşləri, Analıq və Uşağın Mühafizəsi üzrə Patriarxal Komissiyasının sədri, keşiş Fyodor Lukyanov verib.
O bildirib ki, qadının xahişi ilə hamiləliyin süni şəkildə dayandırılması təkcə qadının deyil, həm də ərinin könüllü razılığı ilə həyata keçirilməlidir.
Kahinin sözlərinə görə, hamiləliyin süni şəkildə dayandırılması üçün tibbi göstərişlər uşağın deyil, ananın sağlamlığı üçün təhlükədir, çünki prenatal müayinə həmişə düzgün nəticə göstərmir. O, əlavə edib ki, abortdan əvvəl ultrasəs müayinəsi, dölün ürək döyüntüsünün nümayişi və məcburi psixoloji konsultasiya aparılmalıdır. Bütün bu cəhətlər qanunda təsbit edilməlidir.
Bundan başqa Rusiyanın patriarxı Kirill XI Milad isə abortlar özəl tibb klinikalarının göstərdiyi xidmətlər siyahısından çıxarılmasını təşkil edib. Çünki abort həm də özəl tibb klinikalarını zənginləşdirir.
Sevinc Hüseynova