"Təbii ki, qida tərkiblidirsə onları mütləq şəkildə həkim məsləhəti ilə qəbul etmək lazımdır. Düşünürəm ki, həkim məsləhəti ilə istifadə olunanda heç bir fəsadı yaranmaz. Tutaq ki, bir insanın mədəsində yara var. Əgər onun mədəsində turşuluq çoxdursa, həkim turuşuluğu artıran bu kimi qida əlavələrini pasiyentə məsləhət görməyəcək".
Bunu Faktmedia.az-a Təbii üsullarla müalicə üzrə mütəxəssis, həkim Seyfəddin Əsəd deyib.
Həkim bildirib ki, bundan başqa çəki artımının səbəblərini də öncədən araşdırmalıdır:
"Hormon pozğunluqdurmu, çox qida qəbul edib, az hərəkətli olduğu üçün yaranıbmı, genetikdirmi və s. Ümumiyyətlə çaylardan istifadə eləyəndə diqqətli olmaq lazımdır. Elə çaylar var ki, onları uzun müddət istifadə etmək olmaz. Ürək əməliyyatı olunmuş, stend qoyduran adamlar, qanı tez laxtalananlar bu çayları qəbul edərkən mütləq şəkildə vaxt qoyaraq qəbul etməlidirlər, çünki belə çaylar qanı qatılaşdırır. Eyni zamanda istifadə edərkən belə insanlar qanı tez- tez yoxlamalıdırlar. Arıqlamaq üçün ən vacib şərt az yemək, çox hərəkət etməkdir. Bəzi toxluq verən qida əlavələri var ki, etibarlı təbii məhsullardan istifadə edib, hazırlayırsa həmin məhsulları qəbul edə bilərlər".
Havar Şəfiyeva