Tanınmış somnoloq Aleksandr Kalinkin yuxunun insanın vəziyyətinə təsiri barədə araşdırma aparıb. Belə ki, həkimin araşdırmasına görə yaxşı yuxu insana sağlamlıq verir.
Mütəxəssisin fikrincə, normalda istənilən yetkin insan ən azı 7-9 saat yatmalıdır. O qeyd edir ki, yuxu pozğunluğu mövcud xəstəlikləri şiddətləndirə bilər.
“Hər hansı bir patoloji hal yuxunun keyfiyyətinə təsir mənfi təsir edir. Yuxunun patologiyasının özü də hər hansı bir somatik və psixi xəstəliyin inkişafına, ağırlaşmasına səbəb ola bilər”,- deyə Aleksandr Kalinkin bildirib.
Somnoloq əlavə edib ki, 10 saatdan çox yatmaq insan orqanizmində sitokinlərin istehsal olunduğu xroniki iltihaba səbəb ola bilər. Araşdırmaya görə gün işığı orqanizmdə melatonin istehsalını modullaşdırır. Bu da orqanizmin oyanma vaxtının gəldiyini göstərən yollardan biridir. Gündəlik günəş işığından uzaq olmaq da yuxu pozğunluğu yaradır. Həmçinin sağlam yuxu xərçəng, infarkt və insult riskini azalda bilər.
Rəna Həsənova