Obstruktiv yuxu apnesi sindromuna qarşı yeni dərman ilk dəfə insanlarda sınaqdan keçirilib və ümidverici nəticələr göstərib.
Bu barədə tədqiqatı Flinders Universitetinin mütəxəssisləri aparıb.
Faktmedia.az xəbər verir ki, alimlərin sözlərinə görə dərman tənəffüs yollarının əzələlərini aktivləşdirir və yuxu zamanı onların daralmasının, yapışmasının qarşısını alır. Tədqiqatda dərmanı burun üçün sprey və ya damcı şəklində istifadə edən 12 nəfər iştirak edib, bəzi iştirakçılara isə endoskop vasitəsilə verilib.
Apne, nəfəs almada qısa fasilələrlə müşayiət olunan ciddi yuxu pozğunluğudur. Yuxu apnesinin ən çox rast gəlinən növü olan obstruktiv yuxu apnesi yuxarı tənəffüs yollarının yumşaq toxumaları bağlandıqda baş verir.
Dünyada təxminən bir milyard insan bu xəstəlikdən əziyyət çəkir və bugünədək onu müalicə etmək üçün təsdiqlənmiş bir dərman olmayıb.
Zeynəb Müzəffərli