Qaz sobası astma-bronxit xəstələri üçün təhlükəlidir.
Faktmedia.az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssislər araşdırma aparıb.
Qaz yandırılan zaman azot dioksidi adlanan yanma məhsulları əmələ gəlir. Bu da tənəffüs yollarını qıcıqlandırır.
Ətrafa azot dioksidi nə qədər çox yayılırsa, o evdə və ya mühitdə olanların astma xəstəliyinə tutulma riski də bir o qədər çoxalır.
Xüsusən körpə uşaqlar risk altındadır.
Həkimlərin sözlərinə görə qaz yanma zamanı ayrılan heksan, benzol və toluol onkoloji xəstəliyin inkişaf riskini artıran üzvi birləşmələrdir.
Zeynəb Müzəffərli