ABŞ Qida və Dərman İdarəsi uşaq qidalarında qurğuşunla bağlı məhdudiyyətlər təklif edib.
Faktmedia.az xəbər verir ki, məhdudiyyətlərin 2 yaşdan kiçik uşaqlar üçün emal edilmiş körpə qidalarında tətbiq edilməsi nəzərdə tutulur. Bu qidalarda qurğuşun təsiri 27%-ə qədər azaldılmalıdır.
Yeni qaydalar əsasən, qablaşdırılmış qidalara şamil ediləcək. Bununla, meyvə, tərəvəz, quru dənli bitkilərin püresi kimi bir məhsullarda qurğuşun konsentrasiyasını əhəmiyyətli dərəcədə azaldıması gözlənilir.
Qurumdan verilən açıqlamaya görə, bu elementləri qida təchizatından tamamilə çıxarmaq mümkün olmasa da, tövsiyə olunanlara riyayət etməklə istehsalçılar qurğuşun səviyyəsini aşağı sala bilərlər.
Sevinc Hüseynova