Dünyanın ən böyük onlayn satış saytı "Amazon" dərmanların reseptlə satışına başlayıb.
Böyüyən səhiyyə biznesində reseptlə satılan dərmanlara endirim proqramı da tətbiq edilir. Şirkət insanlara bu xidmətdən yararlanmq üçün aylıq 5 dollarlıq abunə haqqı ödəməyi təklif edir. Bununla saytda təklif edilən antibiotikləri, iltihab əleyhinə dərmanları insanlar endirimli qiymətlə əldə edə biləcəklər.
Bundan başqa satış saytında qan təzyiqinin, erektil disfunksiyanın və digər xəstəliklərin də müalicəsində istifadə edilən dərmanlar mövcuddur.
Qeyd edək ki, sözügedən onlayn aptek xidməti ilk gündən insanların marağına səbəb olub.
Sevinc Hüseynova