Xoşbəxtlik hormonu olaraq bilinən və beyindəki sinir hüceyrələri arasında əlaqəni təmin edən serotoninin daha çox ifrazını təmin edən antidepresanların insanlara mənfi təsirləri aşkarlanıb.
Faktmedia.az xəbər verir ki, tibb elm adamları araşdırmaları nəticəsində bu qənaətə gəlib.
66 könüllünün iştirak etdiyi araşdırmada 32 nəfərə 21 gün müddətində antidepresanlar verərək onların ruhi vəziyyətləri izlənilib. Nəticədə həmin şəxslərdə öyrənmədə və qərar qəbul etmədə mənfi hallar aşkarlanıb.
Digər tərəfdən, bəzi mütəxəssislər bu dərmanların depressiya ilə mübarizədə istifadə edilən effektiv müalicə üsullarından biri olduğunu bildirirlər.
Qeyd edək ki, mütəxəssislər antidepresan istifadəsinin potensial risk və faydalarının insandan insana dəyişə biləcəyini və dərman istifadəsinin həkim nəzarəti altında edilməsi lazım olduğunu vurğulayırlar.
Zeynəb Müzəffərli