Koronavirusa qarşı ilk peyvənd hazırlayan türkiyəli professorlar Uğur Şahin və Özlem Türeci şirkətləri olan BioNTech-i Almaniyadan köçürmək qərarına gəliblər.
Faktmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Mütəxəssislər şirkətin fəaliyyətini İngiltərəyə köçürməyi planlaşdırırlar.
Almaniya mətbuatında çıxan xəbərlərdə ölkədəki ağır bürokratiya tənqid edilib. Problemlərin daha tez aradan qaldırılması üçün İngiltərədəki dərman hazırlayan şirkətlərlə səlahiyyətlilər arasında daha sıx əlaqənin olduğu bildirilir.
Özlem Türeci Avropada biotexnologiya ekosistemlərinin təşviqi, müvafiq qaydalar və təlimatlar, eləcə də bunun araşdırmaların maliyyələşdirilməsi ilə daha sürətli praktikaya çevrilməsi baxımından qərarların təsirli olduğunu söyləyib.
Zeynəb Müzəffərli