Davamlı ertələmək vərdişi depressiya, narahatlıq, yuxusuzluq və fiziki hərəkətsizlik kimi dərin sağlamlıq problemlərinin əlaməti ola bilər.
Faktmedia.az xəbər verir ki, İsveçin Uppsala Universitetinin tədqiqatçıları 8 universitetdən 3525 nəfər tələbəni araşdırmaya çəlb ediblər. Onlardan 3 aydan bir planları ilə bağlı anketləri doldurmağı istəyiblər. Daha sonra 9 ay ərzində davam edən bu tədqiqatın nəticələri təhlil edilib. Bu müddət ərzində planlarını təxirə salan insanları seçiblər.
Həmin insanların sağlamlıq vəziyyəti yoxlanılıb. Məlum olub ki, davamlı olaraq planlarını, işlərini təxirə salan insanlarda depressiya, əzələ ağrıları, yuxusuzluq, psixi problemlər var.
Sevinc Hüseynova