Psixoloji gərginliyi aradan qaldırmaq, emosional tükənmə ilə mübarizə aparmaq üçün duyğuları düzgün qəbul etmək lazımdır.
Faktmedia.az xarici tibbi jurnallara istinadən xəbər verir ki, bu barədə psixoloq Altınay Kapabayeva açıqlama verib. Onun sözlərinə görə, insanlar qıcıqlanma, inciklik, sevinc, kədər kimi duyğuları normal qarşılamalı, üzərində çox durmamamlıdırlar.
Psixoloq bildirib ki, narahatlıq, gərginlik, stress səviyyəsi artdıqca, aqressiya və tükənmişlik də artır. Aqressiyanı idarə edə bilmək üçün duyğuları sakit şəkildə mənimsəmək vacibdir. Əks halda aqressiya qarşısıalınmaz nəticələrə səbəb ola bilər.
Mütəxəssis onu da qeyd edib ki, bunun üçün meditasiya və yoqa ən effektli çıxış yolu hesab edilir. Əgər tükənmişlik sindromundan əziyyət çəkirsinizsə, meditasiya köməyinizə çata bilər.
Sevinc Hüseynova