İş yerlərindəki stress səbəbiylə ölüm halları getdikcə artır. Bu ölümlərdə yaş fərqi olmadığı kimi fiziki əmək və ya intellektual əmək fərqi də yoxdur. Avropa İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyinin məlumatlarına görə, hər il 550 milyon insan işini itirməmək üçün stressli vəziyyətdə işə getməli olur.
Faktmedia.az xəbər verir ki, dünya İqtisadi Forumunun təxminlərinə görə, dünya miqyasında səhiyyə xərclərinin dörddə üçü xroniki xəstəliklərə sərf edilir və yoluxucu olmayan xəstəliklər səbəbiylə ölüm halları, bütün ölümlərin yüzdə 63%-ni təşkil edir.
Xroniki xəstəliklər, stresslə yanaşı siqaret, spirtli içki, narkotik, sterssdən yaranan həddən artıq yemək kimi qeyri-sağlam davranışlar səbəbiylə meydana çıxır. Aparılan araşdırmalar ən böyük stress mənbəyinin iş yerləri olduğunu, bu səbəblə də sağlamlıq və qayğı böhranının da ən mühüm səbəbi halına gəldiyini göstərir.
Amerika Stress İnstitutuna görə, iş yerində stress ABŞ iqtisadiyyatına ildə 300 milyard dollara başa gəlir. Araşdırmlar iş yerindəki zərərli inzibati tətbiqlər səbəbiylə ildə 120 min əlavə ölüm halları olduğunu və bundan qaynaqlanan əlavə tibbi xərclərin ildə 190 milyard dollar təşkil etdiyini göstərir.
Sevinc Hüseynova