"Uşaqlarda eyni cinslərə qarşı hisslər əsasən yeniyetmə və gənclik dövrlərində daha çox rast gəlinir. Əvvəlki yaş dövrlərinə ensək kiçik yaşlarında artıq bu proseslər başlayır. Kiçik yaşlardan sanki toxum səpilir və cücərdikcə yetkinlik yaşına çatanda, cinsinin fərqində olanda artıq oradakı pozuntunu görür".
Bunu Faktmedia.az-a psixoloq Aygün Cəfərova deyib.
Psixoloq bildirib ki, buna görə də ailədaxili proseslər uşaqların gələcəkdə formalaşmasına öz təsirini göstərir:
"Hətta valideynlərin uşaqlara yanaşarkən, cəzalandırarkən belə ifadə etdiyi yanaşmalar çox önəmlidir. Yaranma səbəblərinə əsaslansaq bunun bir yox, bir çox səbəbləri olur. Buna misal olaraq düzgün cinsi tərbiyəyənin verilməməsi, cinsi təcavüzlük, uşaqların bir şəxsiyyət kimi yox, daha çox təhqir olunaraq böyüdülürsə, onların şəxsiyyətləri alçaldılırsa belə hallar baş verir. Təbii ki bu hamıya şamil olunmur. Hər uşağa fərqli şəkildə təsir göstərir. Aillədaxili münasibətlərin düzgün qurulmaması uşaqlarda belə halların yaranmasına gətirib çıxarır. Tövsiyəmiz odur ki, valideynlər övladlarını uşaq kimi yox, şəxsiyyət kimi yetişdirsinlər. Onları öz istədikləri kimi yox, uşaqların istəklərinə uyğun yetişdirməlidirlər".
Havar Şəfiyeva