“Uşaqlar üçün istifadə etdiyimiz plastik saxlama qablarının, plastik oyuncaqların tərkibinə vurulan bu maddə bir sıra xəstəliklərin yaranmasına səbəb olur”.
Bunu Faktmedia.az-a həkim-pediatr Nüşabə Cəbrayılova deyib.
Həkim bildirib ki, bisfenol adlı kimyəvi maddənin zərərli toksiki təsirlərinə dair çoxlu sübutlar toplanıb:
“Bunlarla təmasda olan uşaqlarda həmin maddələr daxilə keçən zaman, əsasən hormonal fona təsir edərək endokrin patalogiyalara səbəb olur. Uşaqlarda vaxtından əvvəl cinsi inkişafa, piylənməyə yol açır, beyinə mənfi təsir göstərir, onkoloji xəstəliklərin yaranma riskini artırır. Bu maddə qadınlarda isə, məhsuldarlığa, reproduktiv funksiyaya mənfi təsir göstərir, xromosom mübadiləsi riskinin 2 dəfə artmasına səbəb olur ki, bu da dölün gələcək nəsillərində daun sindromu yaranmasına səbəb olur”.
Rəna Həsənova