Biz bəzən istəməyərəkdən gün ərzində şəkər balansımızı pozuruq. Yəni bircə şirinçay içməyərək elə bilirik şəkərdən uzağıq. Amma gün ərzində şirniyyatlardan, soklardan istifadə edirik.Hətta bilmirik ki, şəkər həm də qidalarımızın tərkibində var. Bu isə həddindən artq şəkər artımına gətirib çıxarır. Bu da öz növbəsində gələcəkdə xəstəliklə nəticələnir.
Mövzu ilə bağlı Faktmedia.az-a danışan endekrenoloq Aysel Cəfərova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı gündəlik istifadə olunan şəkərin miqdarını 20-50 qr müəyyən edib:
"Lakin statistika göstərir ki, insanlar gün ərzində bundan 4-5 qat artıq şəkər istifadə edirlər. artıq miqdarda şəkərdən istifadə qan yağlarının, xolesterinin yığılmasına, damar tıxanıqlığına səbəb olur. Bu da bir sıra ürək-damar xəstəliklərinə yol aça bilər. Eyni zamanda artıq miqdarda şəkərin istifadəsi yaddaşı zəiflədir, öyrənmə qabiliyyətini aşağı salır. Şəkərdən çox istifadə etdikdə mədəaltı vəz məcburən insulin sekresiya edir ki, bu da sonradan insulin dirəncinə gətirib çıxarır".
Rəna Həsənova