"Mağazalardan şirniyyatlar, tortlar alarkən insanlar mütləq şəkildə saxlanma şəraitinə və məhsulun tarix etiketinə diqqət yetirilməlidir.
Bunu Faktmedia.az-a Xonça MMC istehsal direktoru, qida texnoloqu, şef-qənnadıçı Rəhman Ələkbərov deyib.
O bildirib ki, bəzən iy, qoxu orqonololeptika ilə də müəyyən etmək olar ki, bu məhsul yararlıdırmı, yoxsa yox? Amma ən birincisi gözlə görünüşüdür:
"Üstdən cəlb edici olan bu şirniyyatlar bəzi vaxtlarda daxilən xarab ola bilər. Uşaqlar üçün şirniyyat seçərkən məsləhət görərdim ki, allergenlər siyahısında olmayan, az riskli məhsullardan istifadə edək. Daha təzə məhsullardan, məsələn eyni vaxtda eyni yerdə istehsal edən məhsullardan daha çox istifadə etməsi məsləhətlidir. Bəzən xarici görünüşünə vurularaq aldığımız məhsulları sonradan çox ciddi fəsadlara gətirib çıxarır. Uşaqlar üçün bu təhlükə daha çox ciddi sayıldığından, onlara nəsə seçərkən daha çox diqqətli olmaq lazımdır".
Havar Şəfiyeva