"Kriptavalyutalara güvənin əsas səbəbi onun arxasında “Blockchainn” texnologiyasının dayanmasıdır. Kriptavalyuta alarkən ilk növbədə həmin valyuta haqqında olan təqdimata diqqət yetirmək lazımdır".
Bunu Faktmedia.az-a kriptovalyutalar üzrə ekspert Ömər Qurbanəli deyib.
Ekspert bildirib ki, bitcoindən başqa yaranan alternativ coinlər startapdır:
"Onların məqsədi hər hansı bir ideyanı həyata keçirməkdir. Hansısa bir texnoloji həllə bərabər olmayan , başqasını kopiyalayan, hər hansı bir yenilik gətirməyən kriptavalyutalar müəyyən bir dövrdən sonra sıradan çıxır. İkinci diqqət ediləsi məqam onun sayıdır. Onu sayı dəyərinə vurulur, alınan rəqəm onun kapitalzasiyasıdır. Bəzən insanlar baxırlar kriptavalyutanın dəyəri çox ucuzdur amma sayı çoxdur. Kriptavalyutaların Azərbaycan iqtisadiyyatına hər hansı bir mənfi təsir gözlənilmir. Çünki Azərbaycan çox kiçik bir ölkədir və Azərbaycan əhalisinin kriptovalyutalara hər hansı bir təsiri də ola bilməz. Amma böyük dövlətlər üçün müəyyən təsirləri ola bilər. Hələ insanlar ölkəmizdə onlayn alış verişə o qədər maraq göstərmirlər. İnsanlar arasında ciddi marifləndirmə işləri aparılmalıdır. Onlara saxta və həqiqi kriptavalyutaları bir birindən ayrılmalıdır. İnsanlar bunun risklərini bilməlidirlər".
Havar Şəfiyeva