"Erkin Qədirlinin dediyi fikirlərə görə, onun əlindən mandatın alınması, hansısa məsuliyyətə cəlb olunması mümkün deyil".
Bu sözləri Faktmedia.az-a AĞ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədri hesab edir ki, seçkini Erkin Qədirli keçirmir, seçkinin nəticələrini də o tanımır, buna görə də məsuliyyətə cəlb edilə bilməz:
"Deputat sadəcə namizədliyini verib, təbliğatını aparır. Hətta saxta yolla seçilənlərin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan mümkün deyil. Çünki seçkini deputat keçirmir. Ümumi siyasi anlamda bu etirafdan sonra, onun deputat kimi qalmasının mənəvi haqqı yoxdur. Bunu etiraf edirsənsə hansı mənəvi haqla orada oturursan? Siyavuş Novruzovun Milli Məclisdə oturmasındansa, Erkin Qədirlinin orada olması daha məqbuldur".
Bəsti Məmməd