"2016 cı ildən bu guzəştin tətbiq etməsinin əsas səbəbi 2015 ci olan devalvasiya idi. Bunun mənfi təsirlərinin azaldılması üçün 7 illik olan bu güzəşt bilavasitə banklara olan inamı eyni zamanda da insanların bu sektorda bir növ canlanmaya öz töhfəsini vermiş oldu. Və nəticə etibarilə 33,2 faizlik bir artım müşahidə edildi".
Bunu Faktmedia.az-a iqtisadçı Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, 8,8 milyard manatdan əmanətlərin həcmi 11,1 milyard manata qədər yüksəldi:
"Hesab edirəm ki, bu güzəştin müddəti uzaldılmasa effekt baş verə bilər. Nəticədə daşınmaz əmlak qiymətlərində müəyyən artımlar ola bilər. Niyə daşınmaz əmlak, çünki insanlar öz vəsaitlərini saxlamaq üçün bilavasitə istiqamət axtarırlar. Bu zaman nəzərə alsaq ki, onsuzda inflyasiya bankların təqdim etdiyi devalvasiya faizlərini yeyir bunun üzərinə vergini gəldikdə deməli banka əmanətin yatırılmasından əmanətin və vəsaitlərin daşınmaz əmlaka yatırılmasını daha rentabilli edir insanlar üçün. Hesab edirəm ki, daşınmaz əmlak bazarında canlanmaya gətirib çıxaracaqdır, banklarda isə depozitlərin əmanətlərin azalmasına şərait yarada bilər, bu istisna deyil".
Ekspert bidirib ki, güzəştlərin ləğvindən sonra əmanət həcmlərin azalması insanların banklara üz tutmasında geri effektini yaranması nəticədə banklar üçün müəyyən problemlər yarada bilər:
"Hesab edirəm ki, cəlbediciliyi saxlamaq üçün ola bilsin ki, depozit faizlərində nisbətən artımlar tətbiq edilsin və nəticədə bu güzəştin aradan qaldırılmasının mənfi təsirlərini aradan götürülsün. Amma burda bankların hansı alternativlər də istifadə ecədıyindən asıllı olmayaraq depozitlərə tətbiq ediləcək vergi depozit həcmlərinin artım dinamikasına mənfi təsir göstərəkdir".
Havər Şəfiyeva