"Ötən il ölkəmizdə 16 tona yaxın yun istehsal edilib və bu 2021 ci ilin göstəricilərindən iki faiz azdır. Eyni zamanda ötən il ölkəmizə 750 min dollar dəyərində yun idxal olunub. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə yuna tələbat var".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib.
O bildirib ki, 2019 - cu ildən Misir, Hindistan və digər ölkələrə yun ixracatı nəzərdə tutulub:
"Hesab edirəm ki, fermerlərimiz xarici bazarlara çıxış axtarmalı, satışlarını daha çox onlayn platformalarla, internet üzərindən qurmalıdılar. Tezliklə ölkəmizdə işgaldan azad olunmuş ərazilərimizdə böyük tekstil sənayesinin qurulması da nəzərdə tutulub. Bütün bunlar yuna tələbatı artıracaq".
İqtisadçı əlavə edib ki, qüş tükünə gəldikdə isə, bütün dünyada sintifonlar artdığına görə, quş tükünə tələbat azalıb:
"Rusiya və Avropa ölkələrində quş tükünə hələ də tələbat var. Fermerlərimizdə böyük həcmdə quş tükü istehsalı varsa xarici bazarlarda satışını tənzimləyə bilərlər. Bunun üçün internet aktiv bazar araşdırmaları aparmaq lazımdır. Gələcəkdə ölkəmizdə də quş tükündən sənayedə istifadə edilməsi üzrə müəssisələrin qurulmasına ehtiyac yaranacaq. Müvafiq emal və istehsal sənayesi sahələrinin qurulması müsbət bir addım olardı".
Rəna Həsənova