“Ölkəmizdə baş verən avtomobil qəzalarını araşdırdıqda əsas 3 səbəb qarşıma çıxdı. Sürücülər və piyadalar - yol hərkəti iştirakçıları bilərəkdən yol hərəkəti qaydalarını pozurlar”.
Bu sözləri Faktmedia.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfər deyib.
O bildirib ki, yol infrastrukturunun bərbad olması, qaranlıq, çala-çuxur yolların işıqlanmamsı, həmçinin nasaz və köhnə avtomobillər də bir çox qəzaların baş verməsinə səbəb olur:
“Ölkəmizə idxal olunan avtomabillər üçün ekoloji standart tətbiq olunub. Bu standarta cavab verməyən avtomabillər ölkəmizə idxal oluna bilməz. Ancaq bu ekoloji standartdır. Məsələn avtomobilin nasazlığı ucbatından ölkəyə idxal olunmasında hər hansı qadağa yoxdur. Bu, Beynəlxalq sistemdə də belədir. Burada məsuliyyət həmin avtomobili alan vətəndaşın, arada razılaşmanı həyata keçirən özəl şirkətlərin üzərində qalır”.
Ekspert qeyd edib ki, istehsal tarixi 2005 - ci ildən aşağı olan avtomobillərin hal hazırda ölkəmizə idxalı qadağandır:
“Bu da öz özlüyündə az da olsa yararsız avtomobillərin idxalın qarşısını ala bilir. Xaricdən gətirilən avtomobillər hamısı riskli sayıla bilməz. Müasir təhlükəsizlik sisteminə cavab verməyən avtomabillər də riskli avtomobillər sayılır. Buraya əyləc sisteminin saz olması, təhlükəsizlik yastıqların olması əsas şərtlərdəndir. Burada ən böyük məsuliyyət sürücünün üzərinə düşür ki, o avtomabili vaxtı vaxtında texniki baxışdan keçrilməlidir".
Havar Şəfiyeva