“Türkiyədə tikinti inşaat məsələlərində son dönəmlərdə müəyyən qüsurlar mövcud idi. Keyfiyyətsiz və eyni zamanda uyğun olmayan ərazilərdə işlərin aparılması nəticəsində böyük təhlükə meydana gəlir”.
Bu fikirləri Faktmedia.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.
O bildirib ki, bu təhlükə adi gündəlik həyatda hiss olunmur, amma belə hadisələr baş verdikdə bu cür faciəli hadisələrlə yadda qalır:
“Hansı dövlətdə olmasından asılı olmayaraq bu cür məsələlərə ciddi nəzarət etmək lazımdır. Hər bir bina yüzlərlə insanın həyatı deməkdir. Binaların sağlam bönövrdə seysmik qaydalar nəzərə almaqla tikilməsi olduqca vacib məsələdir. Bakı seysmik zonada yerləşdiyi üçün binalar 11/12 mərtəbədən hündür olmamalıdır. Amma buna baxmayaraq paytaxtda 20 mərtəbəli binalara da rast gəlinir. Hal hazırda Türkiyədə, Suriyada yaşayan hadisələrlə qarşılaşmaya deyə bu proseslərə ciddi önəm verməlidir".
Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3432-yə çatıb. Məlumata görə, yaralıların sayı da artaraq 21 103 olub.
Havar Şəfiyeva