"Bu gün regionlarda tikilən hündürmərtəbəli yaşayış binalarında və o cümlədən həyətyanı evlərdə ara məsafələri gözlənilir".
Bu sözləri Faktmedia.az-a danışan Daşınmaz Əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
O bildirib ki, regionlardan fərqli olaraq Bakı şəhərində bu standartlara əməl olunmur:
"Bakı şəhərində çox təəssüf ki, son 3 ilə qədər məsafə baxımından olan heç bir tikinti norma və standartları gözlənilməyib. Düşünürəm ki, tikinti işləri FHN-nin tikinti standartlarına və normalarına uyğun, yeraltı təkanlara davamlılığı və ya digər yanğından mühafizə davamlılığı uyğun qurumlar tərəfindən yoxlanılır və qəbul olunur. Amma həmin tikintilərin bu standartlara, yoxlanışlara nə dərəcədə cavab verdiyini deyə bilmərəm".
Zeynəb Müzəffərli