"Bu gün Bakı və Abşeron ərazisində 500 mindən çox, bəzi rəqəmlərə görə 640 minə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri var. Torpaqların təyinatına görə, yaşaýış ərazisi üçün nəzərdə tutulmayan yerlərdə tikilməsi səbəbindən həmin mənzillərə çıxarış verilmir. Çıxarışların verilməsi üçün torpaqların təyinatı dəyişdirilməlidir".
Bu fikirləri Faktmedia.az-a daşınmaz məsələlər üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert bildirib ki, başqa ciddi problem isə onların qdağan olunmuş təhlükəli ərazilərdə inşa olunmasıdır:
"Bu ərazilər neft kəmərinin, yüksək gərginlikli elektrik xətlərinin , dənizkənarı və vulkanik ərazilərə yaxın olan yerlərdir. Belə ərazilərdə tikilən evlərə çıxarış verilə bilməz. Bəzi yerlərdə tətinat dəyişdirilə bilsə də, təhlükəli zonalarda bu mümkün deyil. Burada dövlətin müəyyən addımları olmalıdır. Qiymətləndirilmələr aparılmalıdır. Əgər bir yaşayış massivi olan ərazidən yüksək gərginlikli elektrik xətti keçirsə, o massivi sökmək təbii ki, böyük büdcə tələb etdiyinə görə, həmin elektrik xəttinin yerinin dəyişdirilməsi daha məqsədəuyuğun olardı. Düşünürəm ki, digər məsələlərlə bağlı torpaqların təyinatı dəyişdirilib vətəndaşlar çıxarışla təmin olunmalıdır. Bakı və Abşeronda yarım milyondan artıq daşınmaz əmlakın çıxarışının olmaması ciddi bir problemdir. Həmin mənzillər sığortalana bilmir, ipoteka predmetinə çevrilə bilmir, bələdiyyə vergiləri yığa bilmir və s. Bu məsələlərin aradan qaldırılması üçün sürətli şəkildə bir addım atıalıdır".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib ki, Azərbaycanda təxminən 450 minə yaxın sənədsiz ev var. Bunların 400 mini Bakıda və Abşeron yarımadasında yerləşir.