"İnfluencer marketinq anlayışından öncə, gəlin influenser kimdir onu aydın edək. Ölkəmizdə təəssüf ki, bu sözü eşidən çox adam əslində sözün mahiyyətindən xəbərsizdir. Hətta özünə influencer deyənlərin bir çoxu da. "İnfluenser" təsirli söz sahibidir. İnfluenserin məşhur adamlar deyil, həm də blogu olan insanlardır. Konkret bir sahə üzrə söz sahibinə çevrilmiş tanınmışlardır. Amma vacib deyil ki, o şəxslərin 100 minlik auditoriyası olsun. Nano, makro, midin, mikro influenserlər ola bilər".
Bunu Faktmedia.az-a teleaparıcı, influencer Səma Abiyeva deyib.
Aparıcı bildirib ki, influenser marketinqdə reklam açıq reklam çarxı formasında olmur. Daha məsləhətli formada olur. Məhsul test edilərək izləyiciyə tanıdılır:
"Məhsulun effektiv reklamı sözünə etibar edilən blogger tərəfindən edilir. Burda isə influenserin prinsipiallığı, imici, həyat tərzi, etibarı oriyentir olur. Şirkətlər əməkdaşlığa izləyici sayına görə seçim edirlər, amma çox vaxt bu uğurlu nəticələr vermir. Çünki bir çox hallarda influencerlər giveaway edərək saxta profilləri öz səhifələrini artırmış olurlar. Bu gün Azərbaycanda giveaway olmadan 100 min izləyici toplamış blogger barmaq sayılacaq qədərdir. Təlimi bu sahəyə artan maraq səbəbindən həyata keçirirəm. İşin detalları, texnikası, prinsipləri haqqında çoxları bilir. Amma təlim sırf mənim keçdiyim yol və spesifik metodlarım haqqında olacaq. 2014-cü ildən youtube kanalımda məzmun yaradıram ən uğurlu nəticələrim də həmin platformadadır. Hazırda kanalım üzərindən Türkiyənin ən məşhur bloggerlərinin partnyor olan Museİstanbul ilə əməkdaşlıq edirəm. Bir çox üstünlüklərindən yararlana bilirəm. Bu təcrübəni təlimə qoşulanlarla bölüşməyi planlayıram. Bu marketinq sahəsi üsullar saxtalaşmasa, effektivliyini qoruyacaq".
Təlimçi bildirib ki, marketinq sahəsində çalışanlar dostlarına deyil, işin peşəkarlarına üz tutduqda bu sahə nəticələr verəcək:
"Şirkət rəhbərləri təəssüf ki, bütün sistemə nəzarət edə bilmirlər. “Reklam etdik” hesabatı üçün məhsulu rəfiqələrinə təqdim edib influenser marketinqin adına “effektisiz” imici formalaşdırırlar. İş birliyinə başlamazdan öncə şirkət monitorinqlər, sorğular və data analizləri aparsa, daha doğru nəticələr əldə edilə bilər".
Havar Şəfiyeva