Xəbər verdiyimiz kimi, bu gün Space Tv-də kadr təyinatı olub. Müşfiq Hətəmov kanalda tutduğu vəzifədən kənarlaşdırılıb.
Faktmedia.az kanalın keçmiş rəhbərinin yeni postu barədə məlumat əldə edib.
Belə ki, Müşfiq Hətəmov "Azərbaycanfilm" kinostudiyasında çalışacaq.
Qeyd edək o, bu kanala rəhbər təyin olunana qədər də sözügedən qurumda çalışıb. M. Hətəmov kanala 2021-ci ilin may ayında direktor təyin olunmuşdu.
Bəsti MƏMMƏD