"Qeyri-peşəkar adamlar bu işlə məşğul olur. Tutaq ki, uşağın dirsəyi sınıbsa təkcə o yer zədə almayıb. Bir ömür fiziki küsur kimi qala bilər".
Bunu Faktmedia.az-a travmatoloq-ortoped Nicat Səttərov deyib.
Həkim bildirib ki, hələ də bu gün sınıqçıya inanlar var.
"Yıxıldıqda və ya başqa hal zamanı həkimə getmək əvəzinə, sınıqçıya gedirlər. Xəmir qoyur, ət bağlayır, quyruq qoyur, unla-yumurtanı qarışdııb bağlayırlar. Sınıq yaranıbsa ora qanayır. Qanayan yer hematom olur. İsti nəsə qoyuruqsa şiş artır. Oradan keçən damarı basmış oluruq. Xəmir qoyub 6-8 saat bağlanır ki, düzələcək. Amma sağalmayan hala gətirməkdən xəbəriniz yoxdur. Hətta sınığı düzətmiş olsa belə, yumşaq toxumalar düzəlmir. Həkiməmüraciət etmirlər. Hər bir sınığın cərrahi müalicəsi var. Valideynlər uşaqlarının əməliyyat olunmasından qorxurlar. Bir sınıq iki aya bitişir, amma necə bitişməsi şərtdir".
Rəna Həsənova