Günümüzün çoxu ofis şəraitində oturaq keçir. Komputer arxasında oturmağın təkcə gözə yox, onurğaya da ziyanı var.Ofis şəraitində işləyən şəxsərin şikayəti bel ağrılarıdır. Demək olar bel ağrısından çox insan əziyyət çəkir. Həkimə müraciət etdikdə bel yırtığının olunduğu ortaya çıxır. Bir çox həkimlər bel yırtığının əməliyyatla keçdiyini əsas gətirirlər.
Mövzu ilə bağlı faktmedia.az-a danışan həkim travmatoloq Müseyib Əhmədov bildirib ki, heç də əməliyyat əsas mənbə deyil:
"Oturaq həyat tərzi onurğada problemlər yaradır. Zaman-zaman beldə fəqərəarası disklərdə qabarmalar, sonra isə yırtılmalar yaranır. Yırtıqlar onurğadan sağa və sola çıxan sinirləri sıxır, basqı verir. Amma beldə yırtıq varsa mütləq əməliyyat olunmaldır deyə bir tərcrübə yoxdur. Dünya statistikasında da belə əməliyyat 3 faiz təşkil edir. Konservativ müalicə ilə də kömək olur".
Şahnun Qasımova