Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
Faktmedia.az APA-ya istinadən xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.