"Səfirliyimizə hücum zamanı yaralanmış Vüsal Tağıyev əməliyyat olunub".
Faktmedia.az-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
XİN-nin sözcüsü bildirib ki, səfirliyimizdə yaralanan Vasif Tağıyev əməliyyat olunub və vəziyyəti yaxşıdır
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Bir səfirlik əməkdaşı isə vəfat edib.
Azərbaycan Prezidenti İlham Əliyev bu hücumu terror adlandırıb.
Bəsti Məmməd