Məşhur müğənni Sertab Erener 21 ildən sonra ilk dəfə Avroviziya səhnəsinə çıxıb.
Faktmedia xəbər verir ki, isveçin Malmö şəhərində keçirilən yarışmada sənətçi illər əvvəl oxuduğu “Everyway That I Can” mahnısını yenidən səsləndirib.
İfa Avroviziya tamaşaçıları tərəfindən yenidən coşqu ilə qarşılanıb.
Qeyd edək ki, 2012-ci il dekabrın 14-də TRT telekanalı Türkiyənin “Avroviziya” müsabiqəsindən çıxdığını rəsmi şəkildə bəyan edib. 2013-cü ildən ölkə yarışmada iştirak etmir.